Yaponiya Yaxın Şərq böhranında vasitəçi olmaq istəyir: “Nə ərəblərlə, nə də İsraillə gərginliyimiz yoxdur”backend

Yaponiya Yaxın Şərq böhranında vasitəçi olmaq istəyir: “Nə ərəblərlə, nə də İsraillə gərginliyimiz yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın xarici işlər naziri Kamikava Yoko ölkəsinin Yaxın Şərqdəki böhranın həllində rol oynamağa hazır olduğunu bildirib.

Editor.az xəbər verir ki, nazir Kamikava NHK dövlət televiziyasına müsahibəsində keçən həftə rəhbərlik etdiyi G7 Xarici İşlər Nazirlərinin Tokioda keçirilən toplantısındakı çağırışa toxunub.

Kamikava xatırladıb ki, G7 toplantısında onlar bölgədəki mülki şəxslərə humanitar yardım çatdırmaq üçün Qəzzadakı münaqişədə humanitar fasiləyə çağırıblar. Aralarında uşaqların, qadınların və qocaların da olduğu mülki şəxslərin böyük əziyyət çəkdiyini bildirən Kamikava “Qəzzaya yardımların çatdırılmasının zamanla yarış” olduğunu bildirib.

Yaponiyalı nazir ölkəsinin əvvəldən beynəlxalq humanitar hüquqa riayət etməyə və gərginliyi mümkün qədər tez azaltmağa çağırdığını vurğulayıb. Ölkəsinin böhranın həllində rol oynaya biləcəyini ifadə edən Kamikava humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq üçün “təcili hərəkətə keçməyə” ehtiyac olduğunu qeyd edib : “Məncə, Yaponiya bu mövzuda unikal rol oynaya bilər, çünki bizim İsrail və ya ərəb xalqları ilə heç bir gərginliyimiz yoxdur”.

//Gülnarə Abasova, Editor.az