Yaponiya zəlzələdən zərər çəkmiş Tayvana bir milyon dollar dəyərində təcili yardım göndərəcəkbackend

Yaponiya zəlzələdən zərər çəkmiş Tayvana bir milyon dollar dəyərində təcili yardım göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti zəlzələdən zərər çəkən Tayvana bir milyon dollarlıq təcili yardım göndərəcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, xarici işlər naziri Kamikava Yoko verdiyi açıqlamada Tayvan xalqının Yeni il ərəfəsində Noto yarımadasında baş verən zəlzələdən sonra “səxavətlə” yardım göstərdiyini bildirib. Kamikava Yaponiya və Tayvanın qarşılaşdığı hər çətinlikdə bir-birini dəstəklədiklərini bildirib. Zəlzələdən sonra Tayvanın ən qısa zamanda sağalması və yenidən qurulması üçün kömək etmək istədiklərini ifadə edən Kamikava lazımi köməyi davam etdirəcəklərini vurğulayıb. Qida, su və tibbi ləvazimatlar daxil olmaqla 1 milyon dollar dəyərində təcili yardım “Yaponiya-Tayvan Mübadilə Assosiasiyası” vasitəsilə bölgəyə köçürüləcək.

//Gülnarə Abasova, Editor.az