Yaponiyada 100-dən artıq aviareys ləğv edildibackend

Yaponiyada 100-dən artıq aviareys ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın aviaşirkətləri tayfun səbəbindən 119 daxili aviareysi ləğv ediblər.

Editor.az Trend-ə istinadən bildirir ki, cədvəllərdəki dəyişikliklər əsasən Yaponiyanın cənubundakı Kaqosima və Okinava prefekturalarındakı hava limanlarından uçuşlara təsir edib.

Bildirilir ki, tayfun nəticəsində həmçinin 8 nəfər xəsarət alıb.

Məlumata əsasən, hazırda tayfun Çin istiqamətində irəliləyir. Tayfunun mərkəzində küləyin sürəti saniyədə 45 metr təşkil edir.