Yaponiyanın Kyuşu adasında ən az 117 min ev “Maysak” tayfununun səbəb olduğu güclü yağışlar və külək nəticəsində elektrik enerjisiz qaldı.
Editor.az Trend-ə istinadən bildirir ki, Saqa, Kumamoto və Fukuoka prefekturalarının ərazisində elektrik enerjisinin kəsilməsi halları qeyd edilib.
Lakin bu cür hadisələrin çoxu Naqasaki prefekturasında baş verib.

