Yaponiyada 50 ildən çoxdur ölüm hökmündə olan şəxs bəraət alıbbackend

Yaponiyada 50 ildən çoxdur ölüm hökmündə olan şəxs bəraət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Şizuoka Rayon Məhkəməsi 1968-ci ildə müdirini, həyat yoldaşını və iki uşağını öldürdüyünə görə edam cəzasına məhkum edilən 88 yaşlı keçmiş boksçu İvao Hakamadaya yenidən məhkəmədə bəraət qazandırıb.

Editor.az bu barədə Kyodo agentliyinə istinadla məlumat yayıb. Hakamada 1966-cı ildə həbs edilib. 20 günlük sorğu-sualdan sonra həmin şəxs qətli törətdiyini etiraf etsə də, məhkəmə iclasında etiraf etmək üçün işgəncələrə məruz qaldığını bildirib. Müdafiə tərəfi işdəki sübutların uydurma olduğunu deyib, lakin 1968-ci ilin sentyabrında Hakamada təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

Hökm 1980-ci ildə təsdiq edilib. 2011-ci ildə bir yapon edamını gözləyən ən uzun ölüm hökmündə olan şəxs kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. 2014-cü ildə Şizuoka məhkəməsi cinayət yerində tapılan genetik qan materialından əldə edilən cinayətkarın DNT-sinin Hakamadanın DNT-si ilə uyğun gəlmədiyini sübut edib. Bundan sonra məhkum azadlığa buraxılıb.

//Gülnarə Abasova, Editor.az