Yaponiyada baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 238 nəfərə çatıb.
Editor.az xəbər verir ki, bu barədə İşikava prefekturası məlumat yayıb. Hökumətin hesablamalarına görə, ölənlərin əksəriyyəti (41%) ağır əşyalar altında əzilib. Digər 22% boğulma, 14% hipotermiyadan ölüb.
Qurbanların 73%-i 60 yaşdan yuxarıdır.
Xatırladaq ki, yanvarın 1-dən Yaponiyada 1200-dən çox zəlzələ qeydə alınıb. Ayın əvvəlində baş verən ən güclünün maqnitudası 7,6-ya çatıb.
Bu səbəbdən yanvarın 1-də bütün qərb sahili üçün sunami təhlükəsi elan edilib və o, 24 saat ərzində qüvvədə qalıb. Fəlakət zonasında 38 mindən çox bina dağılıb və ya qismən zədələnib. 1 mindən çox insan yaralanıb.
//Samir Qurbanov, Editor.az

