Yaponiyada Covid- 19-un “MU” variantı aşkar edildibackend

Yaponiyada Covid- 19-un “MU” variantı aşkar edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada ilk dəfə Kolumbiyada aşkarlanan yeni növ koronavirusun (Covid-19) Mu variantı aşkar edilib.

Editor.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı (ÜST)  tərəfindən peyvəndlərin daha davamlı mutasiyalara qarşı olduğu bildirilib. Lakin bu mövzuda daha çox araşdırmaya ehtiyac duyulduğu Mu variantı Yaponiyada 2 nəfərdə qeydə alınıb.

Biri Birləşmiş Ərəb Əmirliklərindən gələn Tokionun şərqindəki Narita hava limanında bir sərnişində, digəri isə İngiltərədən gələn bir sərnişində paytaxtın Haneda hava limanında təsbit edilib. Sərnişinlər hava limanında karantinə alınıb.

Milli Epidemiya İnstitutunun (NIID) baş direktoru Wakita Takaji, sözügedən variant haqqında daha çox məlumat toplanmalı olduğunu söyləyib.

//Gülnarə Abasova, Editor.az