Yaponiyanın Atsugi şəhərində keçid zolağından kənarda çoxmərtəbəli avtomobil dayanacağında baş verən yanğında 100-dən çox avtomobil yanaraq kül olub.
Editor.az xəbər verir ki, bu barədə TASS NHK telekanalına istinadən xəbər verir.
Əvvəlcə bir avtomobilin alovlandığı, daha sonra yanğının digər avtomobillərə keçdiyi qeydə alınıb. Nəticədə yanğın dayanacağın 2-ci mərtəbəsini bütünlüklə bürüyüb. Hadisə yerinə 20 yanğınsöndürən maşını gəlib. Yanğın dörd saatdan sonra söndürülüb. İtkilər barədə məlumat verilmir.
//Gülnarə Abasova, Editor.az