Yaponiyada “G7 Liderlər Zirvəsi 2023” başlayıbbackend

Yaponiyada “G7 Liderlər Zirvəsi 2023” başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin cənub-qərbindəki Xirosima şəhərində keçirilən G7 Zirvəsi 2023 Yaponiyanın sədrliyi ilə başlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Yaponiyanın baş naziri Kişida Fumionun ev sahibliyi etdiyi sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderləri iştirak edir.

Mayın 21-dək davam edəcək sammitə G7 ölkələri ilə yanaşı, Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam da dəvət olunub.

Qeyd edək ki, G7 liderlərinin ilk kollektiv səfəri 1945-ci ildə atılan atom bombası dövrünə aid 100 mindən çox eksponat və qalıqların nümayiş olunduğu muzey olub.

//Safura Bənnayeva, Editor.az