Yaponiyada rekord səviyyədə isti havalar müşahidə olunur. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, ölkədə iyun ayı üçün xarakterik olmayan istilər müşahidə olunub. Normalda iyun ayında Yaponiyada maksimum istilik 30 dərəcədən az olub, ancaq bu günlərdə paytaxt Tokioda 35 dərəcə, ölkənin şimalındakı İsaki şəhərində isə 40.2 dərəcə temperatur qeydə alınıb.
Bununla əlaqədar olaraq İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi xalqa müraciət edib. Müraciət zamanı enerjiyə qənaət edilməsi çağırışı olub.
Qeyd edək ki, isti hava ilə əlaqədar olaraq ölkənin nüvə elektirik stansiyaları fəaliyyətini dayandırıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

