Yaponiyada kruiz gəmisi batıb: 10 ölü, 16 itkin backend

Yaponiyada kruiz gəmisi batıb: 10 ölü, 16 itkin 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ekipaj üzvü və iki uşaq da daxil olmaqla 26 nəfəri daşıyan qayıq ötən gün Yaponiyanın Hokkaydo şəhərində batıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, huşunu itirərək sudan çıxarılan 10 nəfərin həyatını itirib. Ölənlərdən üçü qadın, yeddisi isə kişidir. Qalanlarının axtarışı davam edir. Axtarış-xilasetmə işlərinə patrul gəmiləri və helikopterlər də dəstək verir.

Bildirilir ki, “Kazu I” adlı ekskursiya gəmisi batarkən ərazidə hündürlüyü 3 metrə çatan dalğalar qeydə alınıb.

Qeyd edək ki, qayıqdakı insanlar vəhşi təbiəti müşahidə etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs siyahısında olan Şiretoko yarımadasına 3 saatlıq turda iştirak etmişdilər. Bölgədəki balıqçılar pis hava şəraiti səbəbindən limana geri dönərkən qayığın tura davam etdiyi iddia edilib. İddiaya görə, qayıq kapitanına digər tur kapitanları geri dönməsi üçün xəbərdarlıq ediblər.

//Gülnarə Abasova, Editor.az