Yaponiya Meteorologiya Agentliyi (JMA) “Malakas” qasırğasının Sakit okeandakı Oqasavara adalarına yaxınlaşdığını açıqlayıb.
Editor.az “Hürriyet” qəzetinə istinadən bildirir ki, verilən məlumata əsasən bu gün günorta saatlarından tayfun saatda 30 kilometr sürətlə şimal-şərq istiqamətinə doğru irəliləyir. Tayfunun Tokionun sahilyanı ərazilərində və cənubunda İzu adalarında güclü qasırğalara səbəb olacağı bildirilib.
Rəsmilər xəbərdarlıq ediblər ki, riskli ərazilərdə yaşayan sakinlər güclü qasırğalar, sürüşmələr, daşqınlar və ildırım çaxması riskinə qarşı diqqətli olmalıdırlar.
//Editor.az

