Yaponiyada müflis olan şirkətlərin sayı artıbbackend

Yaponiyada müflis olan şirkətlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyul ayında yaponiyada 499 şirkət müflis elan olunub. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, keçən ilin eyni dövrü ilə 1.8 faiz çoxdur. Keçən ilin iyul ayında ölkədə cəmi 490 şirkət müflis olmuşdu. Bu barədə məlumatı Yaponiya Araşdırma Şirkəti “Teikoku Databank” verib. Şirkətlərin batmasına səbəb isə resessiya göstərilib.

Bu il müflis olan şirkətlərin ümümi borcu 90.39 milyard olub. Bu isə keçən illə müqayisədə 23.1 faiz çoxdur. Keçən il bu rəqəm cəmi 73.4 milyard olub.

Ancaq aparılan islahatlar nəticəsində 481 şirkətin müflis olmaqdan xilas olduğu qeydə alınıb.

//Nəzərbəy Hacıağayev, Editor.az