Oktyabrın 10-da Yaponiyanın müxalifət partiyası Yaponiya Yenilənmə Assosiasiyası deputat Muneo Suzukini Rusiyaya səfərinə görə sıralarından çıxarıb.
Editor.az bu barədə NHK telekanalına istinadla məlumat yayıb. Müvafiq qərarı partiyanın intizam komissiyası qəbul edib. Suzuki səfəri barədə partiya rəhbərliyinə məlumat verməyib. Digər məsələlərlə yanaşı, onun Rusiya mətbuatına müsahibəsində verdiyi açıqlamalar mənfi reaksiyalara səbəb olub. Məsələn, deputat bildirib ki, o, Rusiyanın Ukrayna ilə münaqişədə qələbə çalacağına əmindir və Rusiya dövlətinin gələcəyinə inanır. Deputat oktyabrın 1-də Rusiyaya səfər edib. Səfəri zamanı o, bir çox görüşlər, o cümlədən Rusiya Federasiyası Xarici İşlər Nazirliyi səviyyəsində görüşlər keçirib.
Dövlət Departamentinin məlumatına görə, o, xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb. O, yapon siyasətçinin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
//Gülnarə Abasova, Editor.az

