Yaponiyada hərəkətdə olan qatarda bilinməyən bir maddə aşkarlanıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, maddəni görən sərnişinlər təşvişə düşüb. Dərhal növbəti stansiyada qatarın hərəkəti dayandırılıb. Ehtiyat tədbiri olaraq sərnişinlər təxliyyə edilib. İlk təsbitlərə görə mayenin tərkibində zəhərli komponent aşkar edilmədiyi açıqlanıb. Mayeyə təmas edən iki nəfər dərhal xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 1995-ci ildə Yaponiyada metroda sarin qazından istifadə edilərək “Şinrikyo” təriqəti tərəfindən terror aktı törədilmişdi. Terror aktı zamanı 14 nəfər vəfat etmiş, 6300 nəfər isə xəsarət almışdı.
//Nəzərbəy, Editor.az

