Yaponiyada raket sınağı zamanı partlayış və yanğın baş veribbackend

Yaponiyada raket sınağı zamanı partlayış və yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada Taneqasima Kosmik Mərkəzində kiçik bərk yanacaq daşıyan “Epsilon S” daşıyıcısının sınaqları zamanı partlayış və ardınca yanğın baş verib, NHK televiziyası bildirib.

Hazırda yanğın söndürülüb. Hadisənin səbəblərini Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) araşdırır. Ehtimal edilir ki, reaktiv daşıyıcının ikinci pilləli mühərrikinin sınağı 120 saniyə davam edəcək. Telekanal JAXA məlumatlarına istinadən yazır ki, yanacağın yanmasının 49-cu saniyəsində partlayış baş verib.

JAXA-nın insidentlə bağlı ilkin məlumatında bildirilir ki, raketin atılması zamanı xəsarət alan olmayıb. Qəzaya səbəb kimi “yanma nasazlığı” göstərilib. Agentlik başqa təfərrüatları açıqlamayıb. “Epsilon S” əvvəllər ASR (Advanced Solid Rocket) kimi tanınan üç pilləli yüngül bərk yanacaq daşıyıcısıdır. JAXA 2007-ci ildən IHI Korporasiyası ilə birgə yüngül elmi kosmik gəmilərin buraxılması üçün hazırlanmışdır.

//Samir Qurbanov, Editor.az