Yaponiyada turistləri daşıyan avtobusun aşması nəticəsində azı 10 nəfər xəsarət alıbbackend

Yaponiyada turistləri daşıyan avtobusun aşması nəticəsində azı 10 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Okayama prefekturasında turist avtobusu aşıb.

Editor.az bu barədə Kyodo-ə istinadla xəbər verir. Agentliyin məlumatına görə, qəza bazar ertəsi səhər Maniva şəhərində magistral yolda baş verib. İlkin məlumatlara görə, avtobusda təxminən 40 nəfər olub. Hadisədən sonra azı 10 nəfər xəstəxanaya yerləşdirilib, onların xəsarətləri yüngül hesab edilib. Hazırda polis qəzanın baş vermə səbəblərini araşdırır. Agentlik qeyd edib ki, marşrut dağlıq ərazidən keçir və hazırda orada qar var, ona görə də hələ də sürücünün buz bağlayan yolda idarəetməni itirməsi versiyaları var.

//Gülnarə Abasova, Editor.az