Yaponiyada bağlanan dünyanın ən böyük atom elektrik stansiyası olan Kaşivazaki-Karivadan tüstü qalxıb.
Editor.az bu barədə Kyodo agentliyinə istinadla məlumat yayıb. Bildirilib ki, tüstünün mənbəyi altıncı enerji blokunda ehtiyat dizel generatorunun idarəetmə panelinin ərazisində olub. Mütəxəssislər yanğını qısa müddətdə söndürüblər. Fövqəladə hadisə nəticəsində xəsarət alan olmayıb və radiasiya sızması olmayıb. Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, altıncı enerji bloku 2012-ci ilin martında texniki baxışa dayandırılıb və o vaxtdan bəri yenidən işə salınmayıb. Atom elektrik stansiyasının operatoru olan TEPCO enerji şirkəti bu enerji blokunu yenidən işə salmağı planlaşdırır.
//Gülnarə Abasova, Editor.az

