Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 126-ya yüksəlib.
Editor.az xəbər verir ki, NHK-nın məlumatına görə, əyalət rəsmiləri bölgədə baş verən zəlzələlərdə 126 nəfərin həyatını itirdiyini, 200-dən çox adamın isə itkin düşdüyünü açıqlayıb. Anamizu şəhərində baş verən sürüşmə nəticəsində azı 10 nəfər şəhərdə, 170-dən çox insan isə ştatın müxtəlif yerlərində sıxışıb qalıb.
Bildirilib ki, hazırda ştatda evakuasiya mərkəzlərində 31 min insan yerləşdirilib. Təxminən 66 min evin susuz qaldığını, minlərlə yaşayış evinin işıqsız qaldığını bildirən səlahiyyətlilər, dağıntılar və yolların tez-tez bağlanması səbəbindən zəlzələdən zərər çəkmiş bölgələrə yardım materiallarının çatdırılmasında çətinlik yaşandığını qeyd ediblər.
//Gülnarə Abasova, Editor.az

