Yaponiyada ötən həftə baş verən silsilə zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 161 nəfər olub.
Editor.az bu barədə ölkə mətbuatının Yaponiyanın regional hakimiyyət orqanlarının məlumatlarına əsaslanaraq yaydığı xəbərə istinadla xəbər vərir. Əldə edilən məlumata görə, azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xilasetmə qrupları hələ də 165 nəfərin harada olduğunu müəyyən edə bilməyib. Zəlzələdən ən çox zərər çəkən ərazi ən azı 1370 evin tamamilə və ya qismən dağıldığı, 300-ə yaxın binanın isə yanğınlar nəticəsində məhv olduğu İşikava prefekturasıdır. Fəlakət bölgəsində elektrik və suda fasilələr davam etsə də, yanacaq çatışmır.
Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın mərkəzi hissəsində 7,5 bal gücündə zəlzələ o qədər güclü olub ki, ölkə sunami təhlükəsi elan edib və analoji xəbərdarlıq Rusiyanın şərqində də edilib.
//Gülnarə Abasova, Editor.az

