Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 92 nəfərə çatıb 2 nəfər isə ölüb.
Bu barədə “Kyodo” agentliyi xəbər verir.
Zəlzələ 7,4 bal gücündə yerin 60 kilometr dərinliyində olub.
Sunami təhlükəsi elan edilib.
Yeraltı təkanlar ölkənin şimal-şərq və şimalındakı prefekturalarda hiss olunub. Güclü dalğalı təkanlar paytaxtda da hiss olunub. Dağıntı ilə bağlı hələlik məlumat yoxdur.

