Yaponiyanın qərbindəki İşikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 82-yə yüksəlib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 1, 2 və 3-də Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə zəlzələlər baş verib.
Bu gün yarımada 4.9 bal gücündə daha iki zəlzələ qeydə alınıb. Zəlzələlərin davam etdiyi bildirilib.
İşikava əyalət qubernatorluğu bölgədə baş verən zəlzələlərdə 82 nəfərin həyatını itirdiyini, 300-dən çox yaralının isə bölgə daxilində müalicə olunduğunu açıqlayıb.
Ştat üzrə 165 məktəb və obyektdə qismən ziyan aşkar edilib, 30 mindən çox insanın məktəb və idman zalları kimi evakuasiya məntəqələrində qaldığı açıqlanıb.
Noto yarımadasında davam edən yağışın sürüşmələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.
Bildirilib ki, rayon üzrə 50-dən çox insanın taleyi məlum deyil.
//Səbinə Hüseynli, Editor.az

