Yaponiyadan Monqolustana Rusiya ilə bağlı ÇAĞIRIŞbackend

Yaponiyadan Monqolustana Rusiya ilə bağlı ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Monqolustanın paytaxtı Ulanbatora səfəri çərçivəsində Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxiin ilə görüşüb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Rusiyanın açıq şəkildə beynəlxalq hüquqa zidd hərəkətlər etdiyini bildirərək Monqolustanı da Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.

“Beynəlxalq sabitliyin təmin olunması üçün Rusiyaya lazımı reaksiyalar verilməlidir,- deyə yaponiyalı nazir bildirib.

Monqolustan xarici işlər naziri isə Ukraynada tezliklə atəşkəsin əldə olunmasının zəruriliyini vurğulayıb.

//Nəzərbəy, Editor.az