Yaponiyadan Rusiyaya “sanksiya yağışı”backend

Yaponiyadan Rusiyaya “sanksiya yağışı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Rusiyaya neft emalı avadanlıqlarının ixracına qadağa qoyub və Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar daha 20 rusiyalıya sanksiya tətbiq edib.

Editor.az Ukrainskaya Pravda-ya istinadən xəbər verir ki, sanksiyaya məruz qalan şəxslərin siyahısı çərşənbə axşamı Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Onların arasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak, Çeçenistan rəhbəri Ramzan Kadırov, eləcə də rusiyalı iş adamları – Rotenberq qardaşları, Gennadi Timçenko, Əlişir Usmanov və başqaları da var. Sanksiyalar həmçinin iki təşkilatı – İnternet Araşdırmaları Agentliyini və Wagner PMC-i də əhatə edir.

//Gülnarə Abasova, Editor.az