Yaponiyadan üçüncü doza AÇIQLAMASIbackend

Yaponiyadan üçüncü doza AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bir çox ölkələrində COVİD-19-a qarşı vaksinasiya prosesi davam edir. Editor.az “Hürriyət”ə istinadən xəbər verir ki, Yapon mütəxəssisləri tərəfindən COVİD-19 epidemiyasına qarşı peyvəndinin 3-cü dozası üzərində araşdırma aparılıb.

Ötən ilin yanvar-fevral aylarında hərarət və digər əlamətlərlə əlaqədar ölkənin 10 ştatının səhiyyə müəssisələrinə müraciət edən 16-64 yaşlı 2000 xəstənin peyvənd tarixini və müayinə nəticələrini qiymətləndirən mütəxəssislər belə qənaətə gəliblər ki, peyvənd olunan şəxslərdə xəstəliyin əlamətlərinin qarşısı 68,7 faiz alınıb. Araşdırma zamanı peyvənd olmuş şəxslərin üçüncü doza zamanı “Pfizer” və ya “Moderna” istifadə etdikləri məlum olub.

COVID-19 peyvəndinin ikinci dozasını alan insanlarda peyvəndin qorunma nisbəti 42,8 % olaraq təyin edilib. Ötən ilin iyul-sentyabr ayları arası isə bu göstərici 88,7 faiz olub. Tədqiqatçılar sözügedən cədvəldə ən son təhlil edilən yanvar-fevral dövrünün Covid-19-un Omicron ştampının olduğu bir dövrə təsadüf etdiyini açıqlayıblar.

Qeyd edək ki, dünən Yaponiyada COVID-19 53753 yoluxma faktı qeydə alınıb, 96 nəfər virusdan həyatını itirib. Bununla da ölkədə ümumi yoluxmanın sayı 6514343-ə çatıb. Ümumi olaraq xəstəlikdən dünyasını dəyişənlərin sayı 28035-ə yüksəlib. Ölkə əhalisinin təxminən 80 faizinə ikinci doza, yalnız 40,7 faizə isə üçüncü doza peyvənd vurulub.

//Nəzərbəy Hacıağayev, Editor.az