Yaponiyadan Ukraynaya böyük dəstəkbackend

Yaponiyadan Ukraynaya böyük dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti Ukraynaya dron aşkarlama sistemlərinin alınması üçün 37 milyon dollar ayırıb.

Editor.az bildirir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri Yoko Kamikava Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransı zamanı bildirib.

O, Rusiyanın Ukraynaya qarşı davam edən raket və dron hücumlarını pisləyib və “uzun müddətdir özünü Rusiya təcavüzündən müdafiə edən” Ukrayna xalqının cəsarətinə hörmət etdiyini bildirib. “Yaponiya Ukraynanı dəstəkləməkdə qərarlıdır ki, Ukraynada sülh yenidən hökm sürə bilsin.

Dəstəyimizin bir hissəsi olaraq Yaponiya bu yaxınlarda pilotsuz uçan aparatların aşkarlanması sistemini təmin etmək üçün NATO-nun etimad fonduna 37 milyon dollar ayırmağa qərar verib”, – Kamikava bildirib. Bundan əlavə, o, Yaponiyanın Ukraynaya 5 mobil qaz turbin generatoru və 7 transformator verəcəyii də deyib.

//Samir Qurbanov, Editor.az