Yaponiyadan Ukraynaya əlavə 100 milyon dollar yardımbackend

Yaponiyadan Ukraynaya əlavə 100 milyon dollar yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti Ukrayna və Ukraynadan qaçmış müharibə qurbanlarını qəbul edən qonşu ölkələrə əlavə olaraq 100 milyon dollar təcili humanitar yardım göstərmək qərarına gəlib.

Editor.az “Hürriyet”ə istinadən xəbər verir ki, Yaponiyadan gələn yardım dərman, müvəqqəti sığınacaqların tikintisi, gündəlik tələbat malları və ərzaq məhsullarına, Ukraynanın kənd təsərrüfatı istehsalının canlanmasına və partlamamış minaların təmizlənməsinə sərf olunacaq.

Qeyd edək ki, Yaponiyanın baş naziri Fumio Kişida martın 24-də Brüsseldə keçirilən G7 sammitində əlavə 100 milyon dollar dəstək verməyə hazır olduqlarını açıqlamışdı. Bundan əvvəl isə Yaponiya ordusuna məxsus yük təyyarəsi ilə Ukraynaya müdafiə və yardım ləvazimatları, o cümlədən gülləkeçirməz jiletlər, dəbilqələr göndərmişdi. Həmçinin Ukraynadan qaçan müharibə qurbanlarını qəbul etməyə hazır olduğunu bildirmişdi.

//Editor.az