2013-cü ildə imzalanmış əməkdaşlıq müqaviləsinə görə, Ukrayna Çinin “nüvə çətiri” altındadır.
Editor.az xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida bildirib. “Ukraynanın “nüvə çətiri” tərəfindən müdafiə olunub-olunmaması sualına cavab olaraq deyim ki, Çin və Ukrayna arasında səmərəli əməkdaşlıq haqqında sazişlərdən xəbərdaram. Həmin vaxt yayımlanan birgə bəyanatda deyilirdi ki, Çin Ukraynaya müdaxilə və ya nüvə silahı ilə işğal təhlükəsi yaranarsa, Ukraynaya qarşılıqlı təhlükəsizlik zəmanəti verməyə razıdır”, – Kişida deyib.
Qeyd edək ki, sabiq Ukrayna prezidenti Viktor Yanukoviç və Çin sədri Si Tsinpin 2013-cü ilin dekabrında Pekində strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə imzalayıblar. Sənəddə deyilir ki, Pekin 1994-cü ildə ÇXR hökumətinin bəyanatına uyğun olaraq, bu ölkənin nüvə statusundan imtina etməsini nəzərə alaraq, heç bir halda nüvə silahından istifadə etməməyi və Ukraynaya qarşı istifadə ilə hədələməməyi öhdəsinə götürür. Çin həmçinin “nüvə silahından istifadə ilə təcavüzün qurbanına çevrilərsə və ya belə bir təcavüz təhlükəsi olarsa” “Ukraynaya müvafiq təhlükəsizlik zəmanəti verəcəyini” təsdiqləyib.
//Samir Qurbanov,Editor.az

