Yaponiyanın baş naziri Şiqeru İşiba iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitində iştirak etməyi planlaşdırır.
Bu barədə Yaponiyanın “Yomiruri” qəzeti yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Bu, artıq dördüncü ildir ki, İşiba alyans sammitində iştirak edəcək.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Şiqeru İşiba “Atlantik və Hind-Sakit Okean regionlarında təhlükəsizliyin ayrılmaz olduğunu bildirərək NATO-ya üzv dövlətləri müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə çağıracaq”.
Xatırladaq ki, 2022-ci ildə Yaponiyanın baş naziri Fumio Kişida NATO sammitində iştirak edən ilk Yaponiya hökumət başçısı olub. 2024-cü ildə o, Vaşinqtonda keçirilən alyansın sammitində də iştirak edib. Qarşıdan gələn sammitdə NATO üzvləri müdafiə xərclərinin artırılmasını müzakirə etməyi və keçmişdə olduğu kimi üzv dövlətlər və Hind-Sakit okean tərəfdaş ölkələri ilə ayrıca görüşlər keçirməməyi planlaşdırır.
//Samir Qurbanov, Editor.az