Yaponiya hələ də Rusiya ilə sülh müqaviləsi bağlamaq və Kuril adalarına sahiblik problemini həll etmək istəyir.
Editor.az bildirir ki, bu sözləri Yaponiyanın baş naziri Fumio Kişida Yaponiya parlamentindəki çıxışı zamanı deyib. Onun fikrincə, hələlik Rusiya ilə Yaponiya arasında danışıqlar üçün heç bir şərt yoxdur.
“Yaponiya-Rusiya münasibətlərindəki vəziyyət son dərəcə gərgin olaraq qalır və indiki vəziyyətdə mən Rusiya Federasiyası ilə sülh müqaviləsi bağlamaq perspektivlərini müzakirə etmək üçün heç bir şərait görmürəm. Buna baxmayaraq, biz ərazi məsələsinin həlli və sülh müqaviləsinin bağlanması kursuna qətiyyətlə sadiq qalmağa davam edəcəyik “, – Fumio Kişida deyib.
Qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra Kunaşir, Şikotan, İturup və Xabomai (Cənubi Kuril silsiləsi adaları) SSRİ-nin tərkibinə daxil edilib. Yaponiya onların üzərində öz suverenliyini bərpa etməkdə israr edir və sözügedən adaların “Rusiya tərəfindən qeyri-qanuni işğal edilmiş” hesab edir. Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiya ilə Yaponiya arasında münasibətlər də pisləşib. Mart ayında Rusiya Kuril adalarının statusu və sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlardan imtina edib və Kuril adalarında yaponlar üçün vizasız rejimi dayandırıb.
//Samir Qurbanov, Editor.az

