Yaponiyanın baş naziri Rusiyanı nüvə təhlükəsi mənbəyi kimi görürbackend

Yaponiyanın baş naziri Rusiyanı nüvə təhlükəsi mənbəyi kimi görür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın baş naziri Fumio Kişida Amerikanın atom bombasının atılmasının 79-cu ildönümü münasibətilə Xirosimadakı Sülh Memorial Parkında keçirilən anma mərasimində Rusiya Federasiyasından gələn nüvə silahı təhlükəsi ilə bağlı öz versiyasını bir daha təkrarlayıb.

Editor.az bu barədə TASS-a istinadla məlumat yayıb.

“Rusiyanın atom silahından istifadə etmək təhlükəsi fonunda nüvə tərksilahı ilə bağlı vəziyyət getdikcə çətinləşir”, – deyə siyasətçi bildirib.

Hökumət başçısı vurğulayıb ki, Yaponiya atom bombasından zərər çəkmiş ölkə kimi “nüvə silahından azad” dünyaya nail olmaq üçün əlindən gələni etməyə davam edəcək.

O qeyd edib ki, Xirosima və Naqasakinin 79 il əvvəl çəkdiyi iztirablar bir daha təkrarlanmamalıdır. Eyni zamanda Kişida ABŞ-ın atom bombası atmasına da susub.

Qeyd edək ki, digər tərəfdən iyulun sonunda Yaponiyanın Xirosima prefekturasının qubernatoru Hidehiko Yuzaki Yaponiyanın Amerika nüvə silahlarından asılılığının artması ilə bağlı narahatlığını bildirib.

//Gülnarə Abasova, Editor.az