Yaponiyanın “Nikkei Asia” nəşri Ukraynada müharibənin bitəcəyi tarixi və qalib dövləti elan etdibackend

Yaponiyanın “Nikkei Asia” nəşri Ukraynada müharibənin bitəcəyi tarixi və qalib dövləti elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Ukraynada müharibənin 2023-cü ilin yayında başa çatacağına iddia edir. Qalib Rusiya tərəfi olacaq.

Editor.az xəbər verir ki, bu məlumatı Yaponiyanın “Nikkei Asia” nəşri paylaşıb. Nəşr bildirib ki, Çinin “sülh” planının elan edilməsindən iki ay əvvəl Pekində Çin Kommunist Partiyasının nəzarətində olan aparıcı beyin mərkəzi Ukraynadakı müharibə ilə bağlı hesabat yayıb. Sənəddə Ukraynada hərbi əməliyyatların təxminən 2023-cü ilin yayına qədər davam edəcəyi qeyd olunub.

Müharibənin həmin tarixdə başa çatmasının əsas səbəbi isə Ukrayna və Rusiya iqtisadiyyatlarının tükənməsidir ki, bu da döyüşlərin payızda da davam etməsinə imkan verməyəcək. Qalib tərəf işğalçı dövlət, yəni Rusiya olacaq. Lakin buradan belə qənaətə gəlmək olur ki, bu proqnoz Moskva ilə sıx əməkdaşlıq əlaqələri quran rəsmi Pekini məmnun etmək cəhdindən başqa bir şey deyil.

//Samir Qurbanov, Editor.az