Yaponiyanın prefekturası Olimpiya məşəlindən imtina edəcəkbackend

Yaponiyanın prefekturası Olimpiya məşəlindən imtina edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın prefekturalarından biri Olimpiya məşəlinin estafetindən imtina edəcək.

Editor.az APA-ya istinadən bildirir ki, ölkənin qərbində yerləşən Simane prefekturasının qubernatoru Tasuya Maruyama belə addım atmaq niyyətində olduqlarını açıqlayıb.

Buna səbəb koronavirus pandemiyasıdır. O bildirib ki, Yaponiya hökuməti və Tokio rəhbərliyinin koronavirusun yayılması üçün gördüyü tədbirlər yetərincə olmamağı belə addım atmağa əsas verir.

Qeyd edək ki, Olimpiya məşəlinin estafeti martın 25-də Fukuima prefekturasında start götürəcək. Məşəl 121 gün ərzində ölkənin bütün 47 prefekturasını səyahət etməlidir.