Yaponiyanın sənaye istehsalı gözlənilməz şəkildə aşağı düşübbackend

Yaponiyanın sənaye istehsalı gözlənilməz şəkildə aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada sənaye istehsalı aprel ayında gözlənilməz şəkildə aşağı düşüb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin (METİ) açıqladığı məlumatlara görə, sənaye istehsalı aprel ayında bir əvvəlki aya görə yüzdə 0,4 azalıb. Halbuki istehsalın 1,5 faiz artacağı gözlənilirdi.

Yarımkeçirici (çip) avadanlıqlarının istehsalı da aprel ayında 24,6 faiz azalıb. METI sorğusunda iştirak edən istehsalçılar istehsalın may ayında 1,9 faiz, iyunda isə 1,2 faiz artacağını gözləyirlər.

//Gülnarə Abasova, Editor.az