Yaponiyanın tayfun 30 min evi işıqsız qoydubackend

Yaponiyanın tayfun 30 min evi işıqsız qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın cənubunda yerləşən Okinava prefekturasında ən az 31 450 ev leysan yağışlar və bölgəni bürümüş tayfunun əsdirdiyi güclü küləklər səbəbiylə elektrik enerjisiz qalıb.

Editor.az Trend-ə istinadən bildirir ki, ən azı dörd nəfər yaralanıb. Fəlakət səbəbindən yerli Naha Beynəlxalq Hava Limanı bu gün saat 12:00-a qədər (07:00 GMT+4) bağlanıb.

Hazırda tayfun Çinə tərəf yönəlir. Mərkəzi hissəsində küləyin sürəti 45 m/s-dir. Bu 2020-ci ildə Sakit Okeanda qalxan doqquzuncu tayfundur.