Yaponiyanın xarici işlər naziri bu həftə İsrailə səfər etməyi planlaşdırırbackend

Yaponiyanın xarici işlər naziri bu həftə İsrailə səfər etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri Yoko Kamikava bu həftə İsrailə səfər etməyi planlaşdırır.

Editor.az bu barədə TASS-a istinadla xəbər verir.

Kamikava şərtlər icazə verərsə, bu həftənin ikinci yarısında İsrailə səfər edəcəyini bildirib. Nazir qeyd edib ki, Tokio İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün diplomatik səyləri davam etdirəcək.

Qeyd edək ki, Yaponiya hökuməti Fələstinin HƏMAS radikal qruplaşmasına bağlı şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə radikal hərəkatı maliyyələşdirməyə kömək edən fiziki şəxslərin və şirkətlərin maliyyə aktivlərinin dondurulması daxildir.

//Gülnarə Abasova, Editor.az