Yaponlar Kuril adalarını tələb edirlərbackend

Yaponlar Kuril adalarını tələb edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın ultrasağ təşkilatlarının üzvləri Sovet İttifaqının Yaponiyaya qarşı müharibəyə girməsinin 77-ci ildönümündə Rusiyanın Yaponiyadakı diplomatik nümayəndəlyi qarşısında aksiya keçiriblər.

Etirazçılar “şimal ərazilərinin” geri qaytarılmasını tələb edirlər (Yaponiyada Kuril silsiləsinin cənub adaları bölgəsi belə adlanır).

Editor.az xəbər verir ki, ifrat sağçı təşkilatların nümayəndələri şüarlar səsləndirərək Rusiyanın Osakadakı Baş Konsulluğunun yerləşdiyi blokun ətrafında maşınla dolaşıblar. Rusiya diplomatik nümayəndəliyinə gedən küçələrdə hasarlar və mühafizəçilər qurulub. Aksiya iştirakçıları Rusiya konsulluğunun qapıları qarşısında adaların geri qaytarılmasını tələb edən mətni oxuyublar. “Şimal əraziləri Yaponiya ərazisidir. Şimal ərazilərini – Habomai, Şikotan, Kunaşir və İturup adalarını qaytarın! –deyə məhəllə ətrafında gəzən maşınlardan qışqırıblar.

Eyni aksiya Rusiyanın Tokiodakı səfirliyinin yanında da keçirilir. Hər iki diplomatik nümayəndəlikdən bildiriblər ki, onlar “normal iş rejimində” işləyirlər. Qeyd edək ki, Yaponiya Ukrayna ilə bağlı anti-Rusiya sanksiyalarına qoşulduqdan sonra 2022-ci ilin martında Rusiya Kuril adalarının statusu və sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlardan imtina etməklə yanaşı, Kuril adalarında yaponlar üçün vizasız rejimi ləğv edib. Bunun fonunda Yaponiya 2003-cü ildən bəri ilk dəfə olaraq Cənubi Kuril adalarını “qanunsuz işğal olunan yapon əraziləri” elan edib. Aprel ayında Yaponiya da Rusiya ilə vizasız mübadilələri dayandırıb.

  Editor.az