Yaralı erməni əsgərləri helikopter və maşınlarla daşınırbackend

Yaralı erməni əsgərləri helikopter və maşınlarla daşınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaralı erməni əsgərləri helikopter və maşınlarla daşınır”.

“MediaPost” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Instagram” səhifəsində yazıb.

O bildirib ki, iki təcili yardım helikopteri və həkimlərlə dolu təcili yardım maşınları yaralı əsgərlərin daşınması üçün tapşırığı yerinə yetirirlər:

“Bu günlərdə iki təcili yardım helikopteri və yüzlərlə təcili yardım maşını yaralı əsgərlərimizin daşınması üçün vəzifələrini icra edirlər”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib.