Bəzi yaralı İsrail əsgərlərinin Qüdsdəki xəstəxanaya səfəri zamanı baş nazir Benyamin Netanyahu ilə görüşməkdən imtina etdiyi bildirilir.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu Qəzza zolağında quru əməliyyatı zamanı yaralanan əsgərlərlə görüşmək üçün Qərbi Qüdsdəki Hadassa xəstəxanasının reabilitasiya şöbəsini ziyarət etməyə gəlib. Yaralılardan bəziləri Netanyahu ilə görüşməkdən imtina edib.
Şneberq bildirib ki, yaralanan 18 İsrail əsgərindən 15-nin Netanyahunun otağına girməsini istəmədiyi ortaya çıxıb.
Digər tərəfdən Hadassah Xəstəxanasından edilən yazılı açıqlamada bəzi əsgərlərin Netanyahu ilə görüşməkdən imtina etdiyi xəbəri yer almayıb.
Açıqlamada Netanyahunun axşam saatlarında xəstəxanaya baş çəkdiyi və yaralıların arasından keçdiyi, yaralıların onu böyük coşğu və hərarətlə qarşıladığı və onlara İsrail dövlətinin tam qələbəyə çatmaq üçün birləşmiş və qətiyyətli olduğunu vurğuladığı bildirilib.
“Kanal 13” televiziyasının dekabrın 20-də yayımladığı xəbərdə Netanyahunun Qəzza zolağında quru əməliyyatında yaralanan əsgərlərlə görüşmək üçün Təl-Əviv yaxınlığındakı Şeba Sağlamlıq Mərkəzinin reabilitasiya bölməsinə getdiyi, bəzi yaralıların olduğu bildirilib.
//Səbinə Hüseynli, Editor.az

