“Yardımları insanların gözünə soxaraq edirsiniz, ayıbdır“ – Mahsun Kırmızıgülbackend

“Yardımları insanların gözünə soxaraq edirsiniz, ayıbdır“ – Mahsun Kırmızıgül

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəlzələdə çarəsiz qalan şərəfli insanlarla, yetim uşaqlarla klip, foto və video çəkənlərə xalq nifrət edir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül sosial şəbəkə hesabında yazıb.

Sənətçi ölkəsində baş verən təbii fəlakətdən zərərçəkənlərə yardımları öz reklamı üçün edənləri tənqid edib. O, imkanlı şəxsləri və tanınmışları səmimi olmağa, insanların göz yaşları üzərində reytinq qazanmamağa səsləyib.

“Yardımları insanların gözünə soxaraq edirsiniz, ayıbdır. Heç olmasa, bir gün insanların dərdinə kameralarsız şərik olun”, – deyə ifaçı qeyd edib.