Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlandıbackend

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb,

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakinləri Bədir Mürsəlov, Şəhriyar Əndəlifov və Mahir Abdullayev saxlanılıblar. M.Abdullayevin idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı 15 kiloqram marixuana, Bədir Mürsəlovun üzərindən isə metadon həbləri aşkarlanıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Qeyd edək ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin ötən dövrü ərzində keçirdikləri əməliyyatlarla ümumilikdə 126 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.