Yarım milyon cərimə olunan sahibkardan ETİRAZbackend

Yarım milyon cərimə olunan sahibkardan ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyindən prezidentə MÜRACİƏT

Dövlət Mineral  Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin  İdarə Heyyətinin əməkdaşlarından şikayətçi olan Tərtər rayonunda fəaliyyət göstərən “Qarabağ-ER” MMC-nin direktoru, sahibkar Vəli Nəbi oğlu Albəndov digər iş adamları kimi media vasitəsi ilə prezidentən kömək istəyir. Agentlik tərəfindən başına gətirilənlərii ölkə başçısına çatdırmaq istəyən, Tərəqqi Medalı və Əməkdar Mühəndis Fəxri adı verilmiş sahibkar Vəli Albəndovun  Prezident İlham Əliyevə və Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciətini olduğu kimi təqdim edirik:

“Sizə yazıb bildirirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində  fəaliyyət göstərən, Dövlət Mineral  Xammal Ehtiyyatlarından  İstifadə Agentliyinin  İdarə Heyyətinin bir qrup nümayəndəsi tərəfindən sahibkarlıq  fəaliyyətimdə olan qum-çınqıl  karxanasına baxış  keçirilmiş  və  qanuni  sənədlərimə baxılmışdır.

Lakin bütün hüquqi sənədlərə malik olmağımıza və yerin təkindən istifadə qaydalarına əməl etdiyimizə baxmayaraq, təşkilatımıza  şər-böhtan dolu akt tərtib edilmiş və dövlətə zərər vurma adı ilə Gəncə Kommersiya  məhkəməsinə şikayət verərək,  542500 (beş yüz qırx iki min beş yüz ) min  manat məbləğində çərimə ödəmə tələb  edilmişdir. Bununla bərabər “Qarabağ-ER” MMC-nin  hüquqi sənədlərinin  ləğv edilməsinin tələbini  irəli sürmüşlər.

Halbuki mənim  sahibkar kimi fəaliyyətim dövründə işlərimizi qanunun tələblərinə  uyğun  aparmışıq və heç bir qanunsuz  işə yol verməmişik.

Nəticədə  Gəncə Kommersiya  Məhkəməsində 06 sentyabr  2021-ci ildə Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin iddia  ərizəsinə  baxılmış və  geniş hüquqi qaydada   müzakirələr və  araşdırmalardan sonra, qurumun qanunsuz iddia tələbi ləğv edilmişdir.

Həmçinin Gəncə İnzibati Məhkəməsində də 06 sentyabr 2021-ci il tarixində Dövlət  Mineral Xammal Ehtiyyatlarından İstifadə  Agentliyinin hüquqi sənədlərimizin  ləğv edilməsi haqqında tələbinə baxılmışdır.

Bu məhkəmə orqanı da “Qarabağ-ER” MMC-nin ləğv edilməsi tələbini qəbul etməyib və hüquqi sənədlərin qüvvədə saxlanılmasına qərar vermişdir.

Yuxarıda göstərdiyim kimi, Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin qanunsuz və qaydasız hərəkətləri və  tələbləri  nəticəsində, “Qarabağ-ER” MMC təşkilatına (Sahibkara) çox böyük zərələr  dəymiş, maliyyə təsərrüfat fəaliyyətimiz  tam pozulmuş, çox sayda  30 (otuz) nəfər  işçimiz və müəyyən sayda sürücü və mexanizatorçularımız  7 (yeddi) ay işsiz  qalmış və Azərbaycan Respublikası üzrə keçirilən Tenderlərdə iştirak hüququmuzu pozduqları üçün (hüquqi sənədləri ləğv etdikləri üçün) kənarda qalmışıq.

Nəticədə “Qarabağ-ER”-in  maliyyə-təsərrüfat fəaliyyətinə, şirkətin  nüfuzuna, sahibkarlıq  fəaliyyətinə 246000 (iki yüz qırx altı )  min manat  zərər vurulmuşdur.

“Qarabağ-ER” MMC təşkilatı yarandığı gündən dövlət proqramlarında  və tapşırıqlarında fəal iştirak etmişdir. Təşkilatımızın tikdiyi və təhvil verdiyi dörd müxtəlif obyektib açılışında şəxsən ölkə başçısı İlham Əliyev də iştirak etmiş, gördüyümüz keyfiyyətli işlərin nəticəsi kimi təşkilatın rəhbəri olaraq məni – Albəndov Vəli Nəbi oğlunu  müxtəlif vaxtlarda “Tərəqqi Medalı” və “Əməkdar Mühəndis” Fəxri ada layiq görmüşdür.

Buna görə də indi əsassız səbəblər üzündən külli miqdarda zərərə uğradılan və fəaliyyəti iflic vəziyyətinə salınan şirkətimizlə bağlı Prezidentimdən kömək istəyir, ədalətin bərqərar olmasına inancım böyük olduğu üçün Agentliyin belə fəaliyyətinə qanunla qiymət verilməsini rica edirəm…”