Polşa baş nazirinin müavini, Polşanın hakim “Hüquq və ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski baş nazir Viktor Orbanın Ukraynadakı müharibə ilə bağlı mövqeyinin dəyişmədiyi təqdirdə Polşanın Macarıstanla əməkdaşlıq etməyəcəyini bildirib.
Editor.az-ın Ukrayna mənbələrinə istinadən verdiyi xəbərə görə, bu haqda danışan Kaçinski qeyd edib ki, Macarıstanda keçirilən son seçkilərdən əvvəl o, Macarıstan baş nazirinin davranışını qiymətləndirməkdən çəkinirdi, lakin indi “Etiraf etməliyəm ki, baş verənlər çox üzücüdür”.
“Orbanın davranışı birmənalı olaraq mənfidir. Əgər o, Buçada baş verənləri görmədiyini deyirsə, ona oftalmoloqa müraciət etməsi tövsiyə edilməlidir”, – Kaçinski bildirib. Kaçinskinin sözlərinə görə, Orbanın mövqeyi dəyişməyincə Polşa Macarıstanla əməkdaşlıq etməyəcək. “Düşünürəm ki, Orban münaqişənin sona çatmasında hansısa bir rol oynamağa ümid edir. Amma düşünürəm ki, bu, tamamilə çıxılmaz bir vəziyyətdir”, – deyə Kaçinski əlavə edib.
Editor.az

