“Yaşadığımız vəziyyətdən hamımız narazıyıq” – Paşinyanbackend

“Yaşadığımız vəziyyətdən hamımız narazıyıq” – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə onun istefası tələbi ilə davam edən etirazlara münasibət bildirib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə “TASS” agentliyinə müsahibəsində açıqlama verib.

“Daxili siyasi gərginliyimiz var, amma həqiqət budur ki, müxalifət tərəfindən edilən çağırışlar erməni cəmiyyətində geniş yayılmadı. Və düşünürəm ki, xalq tərəfindən qurulan hakimiyyət məsələsi yalnız xalqın iradəsinin ifadə edilməsi ilə həll edilə bilər. Fakt budur ki, müxalifətin etdiyi çağırışlar erməni cəmiyyətindən dəstək almır”,- Paşinyan qeyd edib.

Paşinyan mövcud vəziyyətdən heç kimin məmnun olmadığını, ancaq cəmiyyətin də başqa bir seçiminin olmadığını anladığını bildirib.

“Düzü, mən də o qədər məmnun deyiləm, yaşadığımız vəziyyətdən hamımız narazıyıq. Ancaq hansı alternativlərimiz olduğunu anlamalıyıq. Vəziyyəti daha da pisləşdirmək üçün yox, sabitləşdirmək və yaxşılaşdırmaq üçün çalışmalıyıq”,- deyə o vurğulayıb.

Loading...