Xəbər verdiyimiz kimi, tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş, 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov bir neçə gün öncə kirayə qaldığı evdən çıxarılıb. Fazil İsmayılovun kömək üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilmişdi.
Pravda.az-ın əldə etdiyi məlumata görə, F.İsmayılovla Yasamal RİH-də görüş keçirilib.
İcra Hakimiyyəti tərəfindən kirayə haqqının 50%-nin ödənilməsi təklif edilsə də, Fazil İsmayılov bununla razılaşmayıb.
Məlumatın doğru olub olmamasını aydınlaşdırmaq üçün Yasamal RİH-yə saytımız tərəfindən sorğu ünvanlanıb.

