Yasamalda 3 kişi qadını zorakılıqla öldürdübackend

Yasamalda 3 kişi qadını zorakılıqla öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sentyabrın 23-də saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində Maya Kərimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Kərimovanın Lənkəran rayon sakinləri H.Nəsirli və əvvəllər məhkum olunmuşlar – F.Axundov, R.Quluzadə tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Quluzadə və H.Nəsirli saxlanılıb, digər şəxsin tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.