Yasamalda ağaclar belə məhv edilir: Sakinlərdən KƏSKİN ETİRAZ – VİDEObackend

Yasamalda ağaclar belə məhv edilir: Sakinlərdən KƏSKİN ETİRAZ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonu, Şərifzadə küçəsində (“Azon zavodu” MMC-nin ərazisi) sözün əsl mənasında “ekoloji terror” höküm sürür.

Bu barədə “Yeni Sabah”ın redaksiyasına həmin ərazidə yaşayan sakinlər müraciət edib. Şikayətçilər “Avant Group” şirkətinin yaxınlıqda tikinti apardığını və ağacların gecə saatlarında qəsdən kəsildiyini bildirir.

Vətəndaşların qeydə aldığı video-görüntüdə 1 il ərzində sözügedən ərazidə ağacların necə məhv edildiyi öz əksini tapıb.

Xatırladaq ki, Ümummilli lider, ulu öndər Heydər Əliyev vaxtilə çıxışlarının birində Bakıdakı ekoloji durumla bağlı bunları demişdi:

“Bakıda bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabərdir. Çünki ağac əkmək çətindir”.

Ümummilli lider, ulu öndər Heydər Əliyevin toxunduğu bu məsələ daim aktuallığını qoruyur. Təəssüf ki, hazırda Bakıda ağacların məhv olunması hallarına tez-tez rast gəlinir.