Bir neçə gün əvvəl Editor.az informasiya portalının sosial şəbəkə hesablarında Yasamal rayonunun Tərəqqi küçəsində sakinlərin müraciəti əsasında yayımlanan videoda tikinti işləri zamanı ağacların məhv edildiyi iddia olunub. Vətəndaşların sözlərinə görə, həmin ərazidə tikinti işlərini “Kristal Abşeron” şirkəti həyata keçirir.
Məsələ ilə bağlı “Kristal Abşeron” şirkətinin hüquqşünası Zaur Zeynalov portalımıza açıqlama verərək bildirib ki, sözügedən ərazidə aparılan tikinti və videoda görünən ağac kəsintilərinin onun təmsil etdiyi şirkətə heç bir aidiyyəti yoxdur.

