‘’YAŞAT’’ fondunun yaradılması sosial sifariş idi- Deputatdan açıqlamabackend

‘’YAŞAT’’ fondunun yaradılması sosial sifariş idi- Deputatdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Azərbaycan xalqı Böyük Vətən Müharibəsində milli birlik və həmrəylik nümayiş etdirməyi bacardı.  Azərbaycan ordusunun bütün maddi ehtiyacı dövlətimiz tərəfindən ən yüksək səviyyədə qarşılanır və ordumuz dünyanın ən yüksək səviyyədə təchiz olunmuş ordularından biridir’’.

Bu fikirləri Editor.az –a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, ümumilli qələbə sevinci hər birimizin ürəyində böyük qürur və fərəh hissi yaradıb: “Hər bir azərbaycanlı  bu qələbəni bölüşməklə bərabər, eyni zamanda orduya  müxtəlif formalarda dəstək olmağa çalışır.  “Yaşat’’ fondunun yaradılması sosial sifarişdən, zərurətdən yaranmış bir addım idi. Fond yaradılan gündən onun fəaliyyətinin istiqamətləri müəyyənləşdirilib. İlk növbədə, qazi və şəhid ailələrinin müxtəlif problemlərinin həlli ilə bağlı addımlar atılması nəzərdə tutulub və digər zəruri ehtiyacların ödənilməsi ilə bağlı fondun nizamnaməsində elan edilmiş istiqamətlər üzrə tədbirlər görüləcək”.

Deputat qeyd edib ki, ‘’Yaşat’’ fondu yaranar-yaranmaz ictimaiyyət tərəfndən fonda böyük dəstək oldu: “Hər bir vətəndaşımız tərəfindən maddi və mənəvi dəstək göstərildi. Bu məqam bizə kömək edəcək ki, bu qələbəni, sevinci yaşadan əsgərlərimizin,  qazilərimiz , şəhidlərimiz  qarşısında öz borcumuzu layiqincə yerinə yetirək.

Biz ümumiyyətlə, Azərbaycan dövlətinin ordumuza olan diqqətindən, hərbiçilərə, şəhid və qazi ailələrinin sosial problemlərinin həllinə göstərdiyi həssasiyətdən xəbərdarıq.

Ümumilikdə isə, hər bir azərbaycanlı  öz istəyi və imkanı daxilində bu prosesə qoşulub. Bu xalqımızın ordumuza olan böyük dəstəyinin örnəyidir”.

Gülnarə Abasova, Editor.az