Yaşayış binasında partlayış baş verdi, 93 ailə məcburi köçkün vəziyyətinə düşdübackend

Yaşayış binasında partlayış baş verdi, 93 ailə məcburi köçkün vəziyyətinə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Gürcüstanın paytaxtının Samtredia küçəsindəki yaşayış binasında partlayış baş verib.

Hadisə nəticəsində 93 ailə məcburi köçkün vəziyyətinə düşüb. Yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Levan Muselianinin sözlərinə görə, partlayışa səbəb qaz sızması ola bilər. “İlkin baxışa görə, səbəb təbii qaz sızmasıdır.

Partlayış binanın birinci mərtəbəsində, ticarət obyektində baş verib. İçəridə sakin olmadığına görə, xəsarət alan olmayıb”, – Levan Museliani deyib. Binanın sakinləri müvəqqəti olaraq mehmanxanada yerləşdirilib. Şəhər meriyası zərər çəkmiş vətəndaşları mənzillə təmin edəcəyinə söz verib.

//Samir Qurbanov, Editor.az